Modern.az

2400-ə yaxın erməni rusiyalı sülhməramlılardan KÖMƏK İSTƏDİ

2400-ə yaxın erməni rusiyalı sülhməramlılardan KÖMƏK İSTƏDİ

Qarabağ

7 Fevral 2021, 13:59

Xankəndidə yerləşən Rusiya sülhməramlıları Qarabağ müharibəsində itkin düşən erməni hərbçilər haqqında məlumat toplamaq üçün "qaynar xətt" mərkəzi yaradıb.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, indiyə kimi 2400 nəfər "qaynar xətt" ə zəng edərək, itkin düşən yaxını ilə bağlı kömək istəyib.

İtkin düşənlərin axtarışının Rusiya sülhməramlı kontingenti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Azərbaycan və Ermənistan tərəfinin nümayəndələri ilə birlikdə aparıldığı qeyd olunur.

"Bütün müraciətlər qeyd olunur və birgə axtarış qruplarına ötürülür",-deyə məlumatda bildirlir.

Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra ən kəskin problem münaqişə bölgəsində itkin düşmüş erməni hərbçilərlə bağlıdır. Hazırda itkin düşən erməni hərbçilərin axtarışı davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı