Modern.az

Fransada müəllimlər "erməni soyqırımı"na etiraz etdilər

Fransada müəllimlər "erməni soyqırımı"na etiraz etdilər

Təhsil

27 Avqust 2012, 22:12

Fransua Ollandın qondarma “erməni soyqırımı”nın orta məktəb dərsliklərinə salınması ilə bağlı qərarı Fransada böyük narazılığa səbəb olub. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ermənipərəst prezidentin bu qərarına tarix müəllimləri narazılıqlarını bildiriblər.

Orta məktəb dərsliklərinə dırnaqarası soyqırımla bağlı məlumatların daxil edilməsinin düzgün  olmadığını bildirən Fransanın Tarix və Coğrafiya Müəllimlərinin baş katibi Hubert Tison Ollandı ayrı-seçkilikdə günahlandırıb. Onun sözlərinə görə, Olland bu qərarı Erməni lobbisinin təzyiqlərinə əsasən qəbul edib. H.Tison qeyd edib ki, gözlənilməz qərar müəllimlər arasında da narazılıqla qarşılanıb.

Tarixçi hesab edir ki, sübuta yetirilməmiş bir iddianın tarixə salınması Fransa üçün böyük fəsadlar törədəcək. Təsil üzrə mütəxəssis bildirib ki, müəllimlərində  narazılığına səbəb olan yalnış qərar tezliklə ləğv edilməlidir.

Qeyd edək ki, bu il dəris ilində Fransda orta məktəb dərsliklərində, xüsusən də coğrafiya və tarix dərsliklərində qondarma “erməni soyqırımı”na dair məlumatlar şagirdlərə tədris olunacaq.

 

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü