“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan Modern.az-a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | Savalanova Rəna Balaca qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 | "AZERBAİJAN POULTRY COMPANY" MMC | Topdan satış | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 | Şərifi Məhəmməd Qərib oğlu | İctimai iaşə | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
4 | Mahmudov Yadigar Yusif oğlu | Topdan satış | Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir. |
5 | Cəfərov Əbülfəz Nuri oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
6 | Qəniyev Məsləhət İsmayil oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.