Modern.az

Daha bir dövlət başçısı canlı yayımda peyvənd olundu - FOTO

Daha bir dövlət başçısı canlı yayımda peyvənd olundu - FOTO

6 Mart 2021, 20:04

Nigeriya Prezidenti Məhəmmədu Buhari COVID-19 əleyhinə vaksin vurdurub.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, prezidentin vaksinasiyası televiziyada canlı yayımlanıb.

 

Nigeriya prezidenti bildirib ki, onun bu addımı ölkə əhalisinin peyvəndin təhlükəsizliyinə və effektivliyinə inandırmağa xidmət edir.  

 

M. Buhari ölkəsinin vətəndaşlarına çağırış edərək onları koronavirusdan qorumaq üçün vaksinasiyadan keçməyə dəvət edib.

 

Qeyd edək ki, bu günədək Türkiyə, ABŞ, Rumıniya, İndoneziya, Ukrayna, Venesuela və digər dövlət rəhbərlərinə koronavirusa qarşı peyvənd vurulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır