Modern.az

Deputat: “Payız sessiyasında çalışacağıq ki, bu məsələni də işlək plana salaq”

Deputat: “Payız sessiyasında çalışacağıq ki, bu məsələni də işlək plana salaq”

Aktual

4 Sentyabr 2012, 15:59

Azərbaycanda ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması nəzərdə tutulub. Bu barədə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında bildirilir.

Əksər xarici ölkələrdə tətbiq olunan ailə həkimi təcrübəsi hələ ki Azərbaycanda təşəkkül tapmayıb. Amma səhiyyə sistemi bu təcrübədən yararlanmaq istiqamətində addımlar atıb. Səhiyyə nazirinin ötən il imzaladığı “Azərbaycan Respublikası səhiyyə müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmrdə siyahıya ilk dəfə “Ailə həkimi” vəzifəsi də daxil edilib.

Milli Məclisin Sosial siyasət komitəsi isə “Ailə həkimi haqqında” qanun layihəsi hazırlasa da,  hələ ki qanun təşəkkülünü tapmayıb. Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmət və ailələri ilkin həkim nəzarəti ilə təmin etməkdir. Bəs  yaxın zamanlarda ailə həkimi haqqında qanun reallaşa bilərmi? Bu gün hər bir ailənin öz həkimi olmağına tələbat nə qədərdir?

Parlamentin Sosial siyasət komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Modern.az-a bildirib ki, bu sahədə işlər görülür: “Ailə həkimi islahatı tibb islahatlarının əsas tərkib hissəsidir. Bu gün dediyimiz terapevt, sahə terapevti, sahə pediatrı, sahə mama-ginekoloqu, bunlar hamısı artıq aradan götürülüb və dünyanın hər birində ailə həkimi strukturu yaradılır. Ailə həkimi olmaq üçün mükəmməl biliyə, hərtərəfli tibbi biliyə nail olmaq lazımdır. Bu istiqamətdə Azərbaycan dövləti, Səhiyyə Nazirliyi tərəfindən iş görülür. Amma ailə həkimlərinin tam yetişməsi üçün uzun bir zaman lazımdır. Birinci kursdan axırıncı kursa kimi sırf bu sahədə işlər görülsün”.

Deputat qeyd edib ki, “Pasinetin hüquqları haqqında” qanun layihəsi işlənilib, amma ailə həkimi haqqında qanun müzakirəsi rəsmi yox, dinləmə şəkilində keçib. “Bu haqda müzakirələr dinləmə şəkildə parlamentdə oldu, hətta beynəlxalq ailə təşkilatının keçən il bir forumu da keçirildi. Qanun hazırlanması prosesi heç də sadə bir proses deyil. Onun hüquqi bazasının mükəmməl yaratmaq üçün müəyyən işlər görülməlidir. Hazırda bu sahədə işlərimizi davam etdiririk. Payız sessiyasında müzakirə olunan bir çox məsələlər var, yəqin ki bu məsələyə də baxacağıq. Sessiyasında çalışacağıq ki, bu məsələni də işlək plana salaq”, – deyə deputat bildirib. 

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır