Modern.az

Deputat yüksək balla ali məktəblərə qəbul olmuş gənclərə hədiyyələr verdi

Deputat yüksək balla ali məktəblərə qəbul olmuş gənclərə hədiyyələr verdi

Aktual

5 Sentyabr 2012, 14:38

Tovuzda rayondan bu il yüksək balla respublikanın ali məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilib.

Görüşdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzdan ali məktəblərə qəbul olmuş qızların sayının və göstəricilərinin ilbəil artdığını xüsusi vurğulayıb. "Savadlı cəmiyyət savadlı qadından, savadlı anadan keçir", - deyən millət vəkili Tovuzdan ali məktəblərə daxil olan qızların sayının oğlanların sayından geri qalmamasını çox önəmli məsələ sayaraq, bundan sonra da rayonda qızların təhsilə və onların ali məktəblərə daxil olmalarına xüsusi önəm vermələrinin vacibliyini vurğulayıb.

Çıxışlarda son illər Tovuz rayonundan respublikanın ali hərbi akademiya və liseylərinə qəbul olunanların sayının artması xüsusi vurğulanıb.

 Tədbirin sonunda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 84 gəncə Qənirə Paşayeva tərəfindən hədiyyələr təqdim edilib. Builki buraxılış imtahanlarında uğur qazanmış 7 məzuna da qızıl medallar təqdim olunub. Eyni zamanda millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan gənclərlə onları narahat edən problemləri ətrafında da ətraflı fikir mübadiləsi aparıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır