Modern.az

Aktyor Ramiz Hüseynzadə anasının xəstəliyindən ölüb

Aktyor Ramiz Hüseynzadə anasının xəstəliyindən ölüb

Mədəni̇yyət

19 Mart 2021, 08:46

Tanınmış teleaparıcı və aktyor Ramiz Hüseynzadə dünən qəfildən dünyasını dəyişib. 

Mərhumun yaxın dostu, aktyor Fərda Xudaverdiyev Modern.az-ın əməkdaşına bildirib ki, Ramiz Hüseynzadədə olan xəstəliyin eynisi onun anasında da olub:


“Ramizdə olan xəstəlik onun anasında var imiş və hər ikisi də eyni yaşda vəfat edib.

Ramiz yüksək təzyiqdən əziyyət çəkirdi. Dünən günorta saatlarında evə gəlib və özünü yaxşı hiss etmədiyini deyib. Sonra yatıb, yuxudan ayılanda sağ tərəfinin keyidiyini bildirib və dərhal təcili tibbi yardım çağırılmasını istəyib. Təcili yardım gələnə qədər isə beyninə qan sızmadan vəfat edib.

Son dəfə təxminən 9 gün bundan qabaq görüşmüşdük. Bir yerdə reallaşdıracaq çox arzularımız var idi. Hamısı qaldı.

Allah rəhmət etsin! ”.

Qeyd edək ki, Ramiz Hüseynzadənin 41 yaşı var idi. Ailəlidir, 3 övladı vardı.

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü