Modern.az

Dəniz quldurları İraq gəmisini qaçırdı

Dəniz quldurları İraq gəmisini qaçırdı

Dünya

21 Mart 2021, 20:36

İraq gəmisi İranın ərazi sularında qaçırılıb.

 

Modern.az “Mavasin News” portalına istinadla xəbər verir ki, dəniz quldurları iraqlı sahibkardan gəmini və gəmi heyətini buraxmaq üçün 80 min dollar tələb edib.

 

Gəmi və heyətinin hazırda harada olduğu məlum deyil.

 

Gəminin sahibi dəniz quldurlarının səs yazısını İraqın Bəsrə vilayətinin deputatı Kazem Hamamiyə təqdim edib. Deputat səs yazısını Bəhreyndə yerləşən Fövqəladə Hallarda Qarşılıqlı Yardım üzrə Mərkəzə və İraqın müvafiq dövlət strukturlarına təqdim edəcəyini bildirib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı