Modern.az

Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU - FOTOLAR

Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU - FOTOLAR

Aktual

30 Mart 2021, 09:04

Hazırda Bakının əsas prospekt və küçərlərində nəqliyyatın hərəkəti dayanıb.

Məsələ ilə bağlı Bakı Nqəliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

BNA rəsmisinin sözlərinə görə, sıxlıq əsasən Qara Qarayev prospekti - “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi - Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti - şəhər istiqamətində, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti - mərkəz istiqamətində, Sabunçu-şəhər yolu - mərkəz istiqamətindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır