Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.
Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın – 31.12.2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına;
Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun– 03.08.2016-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.