Modern.az

“Ermənistanda revanşistlərin qələbəsi Rusiyanın da xeyrinə olmayacaq” - ŞƏRH

“Ermənistanda revanşistlərin qələbəsi Rusiyanın da xeyrinə olmayacaq” - ŞƏRH

Dünya

7 Aprel 2021, 14:50

Ermənistanda seçkiqabağı kimin hakimiyyətə gəlmə şansı daha çoxdur?

Azərbaycan, Türkiyə və Rusiya üçün stabillik baxımından hansı siyasi partiya və blok daha əlverişlidir?

Politoloq  İlqar Vəlizadə Modern.az-a Ermənistandakı siyasi durumdan danışıb.

O, baş nazir Paşinyan və onun əsas rəqibləri arasında mübarizənin gərginləşdiyini qeyd edib:

“Paşinyanın əsas rəqibləri “Qarabağ” klanın nümayəndələri Koçaryan və  Sarkisyan, eləcə də Vazgen Manukyan və digərləridir. Hansı ki, vaxtı ilə hakimiyyətdə olublar, lakin yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Bu mübarizədə Paşinyanın sıxıntıları daha üstündür. Həmin şəxslər - Manukyan və digərləri köhnə gündəmlə siyasi medianı zəbt etmək niyyətindədirlər. Onların   revanşist fikirləri yenidən müharibənin alovlana bilməsi deməkdir”.


Politoloq deyir ki, Ermənistanın vəziyyəti çox çətindir.

“Ərzaq tapmaqda belə çətinlik çəkirlər. Revanşist fikirlərə rəğmən, bu vəziyyətdə müharibə haqqında fikirləşə bilməzlər. Məğlubiyyət də onu göstərir ki, Ermənistan cəmiyyəti və ordusu müharibəyə hazır deyil. Bu insanların hakimiyyətə gəlməkdə əsas məqsədi köhnə gündəliyi yeni vəziyyətə salmaqdır. Cəmiyyətin əksəriyyəti də bunu istəmir və həmin şəxslərə inanmırlar”.

İ.Vəlizadə erməni müxalifət liderllərinin mitinqlərlə mövzunu gündəmdə saxlamaq, mövcudluğunu və birləşdiyini göstərməyə çalışdıqlarını qeyd edib:


“Paşinyanın şansları daha çoxdur. Paşinyanın mitinqlərində çoxlu insanlar iştirak edir və bu daha da izdihamlı olur. Rusiya, Türkiyə və Azərbaycan da üçtərəfli sazişin yerinə yetirilməsini istəyir. Bunun qarantisi Paşinyandır. Çünki sazişi Paşinyan imzalayıb. Ermənistanda Rusiyameyilli qüvvələr hakimiyyətə gəlməyə can atırlar. Lakin onlar revanşist fikirlərlə gəlmək istəyirlər. Bu da regionda vəziyyətin qarışmasına gətirib çıxarır. Bu vəziyyət Rusiyanın xeyrinə olmayacaq. Moskva da revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir.

Paşinyan onlar üçün indiki vəziyyətdə ən məqbul siyasətçi sayıla bilər. Rusiya Qarabağla bağlı sazişin pozulmasını istəmir. Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə də Paşinyanın qalmasında maraqlıdır. Çünki əks halda, gərginlik artacaq. Köhnə komandanın nümayəndələri hakimiyyətə gəlsə, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təxribatlar baş verə bilər. Bu da hərbi gərginliyin artması deməkdir”.

 

Nəzrin Vahid

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı