Modern.az

“Zəngəzur dəhlizinin açılması regionun mənzərəsini dəyişəcək”

“Zəngəzur dəhlizinin açılması regionun mənzərəsini dəyişəcək”

24 Aprel 2021, 14:14

“Zəngəzur dəhlizinin açılması ilə regionun mənzərəsi və geosiyasi konfiqurasiyası əhəmiyyətli dərəcədə dəyişəcək. Bu dəhlizin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Dövlətimiz Vətən müharibəsindən sonra bu müstəvidə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

 

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə açıqlamışdı. Həmin Zirvə görüşündə Türk Şurası yaradılmışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Burdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasının əlaqələrini dahada möhkəmləndirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

 

Fatma Yıldırım qeyd edib ki, Prezident cənab İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu il martın 31-də videokonfrans formatında baş tutan qeyri-formal Zirvə görüşündə də Zəngəzur dəhlizinin əhəmiyyəti vurğulanıb.

 

Deputat diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması yalnız regional əməkdaşlıq və iqtisadi amillərlə bağlı deyil:

 

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq. Biz tarixi torpaqlarımızı heç vaxt unutmamalıyıq. İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz bizim tarixi torpaqlarımızdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir