Modern.az

Bakıda zərgərlik əşyalarına aid muzey eksponatları yoxlanılır

Bakıda zərgərlik əşyalarına aid muzey eksponatları yoxlanılır

Aktual

18 Sentyabr 2012, 11:18

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən muzeylərin müraciətlərinə əsasən, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparır. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin 2012-ci ilin sonunadək yeni binaya köçürülməsi ilə əlaqədar, müzeydə mühafizə olunan “zərgərlik məmulatları”ndan ibarət kolleksiyada mövcud olan 800-ə qədər eksponatın ekspertizasının aparılması, əyarının və çəkisinin müəyyən edilməsi zərurətini nəzərə alaraq, Xidmətin mütəxəssislərindən ibarət işçi qrupu təşkil edilib. İşçi qrupu Xidmətə məxsus xüsusi cihaz və avadanlıqlarla təchiz edilmiş mobil laboratoriya ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ərazisində qiymətli eksponatların ekspertizasının, əyarının və çəkisinin müəyyən edilməsi prosedurlarını aparır.  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir