Modern.az

Siyavuş Novruzov qurumlar arasındakı ayrı-seçkilikdən DANIŞDI

Siyavuş Novruzov qurumlar arasındakı ayrı-seçkilikdən DANIŞDI

27 Aprel 2021, 12:41

"Prokurorluq orqanlarının əməkdaşlarının maaşlarının 25 faizi  yığılan cərimələrdən formalaşır. Eləcə də, digər qurumlarda da bu var".

 

Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Siyavuş Novruzov bildirib.

 

O qeyd edib ki, cərimələr işçilərin sosial rifahına ayrılır:

 

"Onda səhiyyə, təhsil sahələri nə etməlidir?  Onlar kimi cərimələməlidirlər ki, onların əmək haqqına əlavə edilsin. Bu sistem qurumlarımız arasında ayrı-seçkilik yaradır. Kim nə qədər pul toplasa, onun əməkhaqqına əlavə edilir. Bəs bizim ərazi bütövlüyümüzü qoruyan hərbçilərin əməkhaqqının artımı nəyin əsasında formalaşdırılmalıdır? Ümumilikdə qərar qəbul etməliyik ki, ya hər kəsin ya da  heç kimin”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir