Modern.az

“Əsas məqsəd Qarabağda yüksəliş prosesini gücləndirməkdir” - Deputat

“Əsas məqsəd Qarabağda yüksəliş prosesini gücləndirməkdir” - Deputat

Aktual

7 May 2021, 15:20

İşğaldan azad edilmiş ərazilərdəki məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının videoformatda 5-ci iclası keçirilib.


Deputat Ceyhun Məmmədov iclasın əsas mahiyyəti haqqında Modern.az-a danışıb. O bildirib ki, Qarabağın yenidən qurulması üçün ayrı-ayrı dövlət qurumları fəaliyyət göstərir. Bu yenidənqurmada həmin təşkilatların nümayəndələri iştirak edir:


“Əsas olan mövcud layihələrin icrası və işin koordinasiyalı şəkildə qurulmasıdır. Hazırda əsas iş yol infrastrukturu, qaz, işıq təminatı üzərində aparılır. Eyni zamanda, “Ağıllı kənd” layihəsinin icrası uğurla həyata keçirilir. Dini, tarixi abidələrin bərpası ilə bağlı çox mühüm layihələr var. Koordinasiya və ümumi işlərin sürətləndirilməsi, tapşırıqların buna uyğun verilməsi əsasdır.

Keçirilən 5-ci iclasda ermənilərin törətdikləri vəhşiliklərin qeydə alınması, bu və digər sahələrdə fəaliyyətin davam etdirilməsi ümumi olaraq müzakirə edilib. Əsas məqsəd Qarabağda yüksəliş prosesini gücləndirməkdir. Hər bir qurum üzərinə düşən vəzifəni uğurla yerinə yetirməlidir”.

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır