Modern.az

Bakıda FIFA U-17 Qadınlararası Dünya Çempionatına start verildi

Bakıda FIFA U-17 Qadınlararası Dünya Çempionatına start verildi

Aktual

22 Sentyabr 2012, 14:44

Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı start götürür.  Modern.az-ın məlumatına görə, 22 sentyabr-13 oktyabr tarixlərində keçiriləcək çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu gün FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FİFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır.

FIFA U-17 Qadınlararası Dünya Çempionatının yaranması

FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 28 Oktyabr-16 Noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Çempionatda iştirak edən 16 komandadan Şimali Koreya və Amerika Birləşmiş Ştatları finalda qarşılaşıb və Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib. Çempionat 5-25 sentyabr 2010-cu il tarixlərində keçirilib. Trinidad və Tobaqoda keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatında 16 ölkədən komandalar iştirak edib. Onlardan Yaponiya və Cənubi Koreya ölkələri final qarşılaşmasında birinci və ikinci yerləri bölüşüblər. Cənubi Koreya penalti qarşılaşmasından qalib çıxaraq ümumi çempionatın qalibinə çevrilib.

FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə Azərbaycanda

Üçüncü U-17 Qadınlararası Dünya Çempionatı isə 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda baş tutacaq. Azərbaycan həm ilk dəfə olaraq FIFA U-17 qadınlararası Dünya Çempionatına ev sahibliyi edəcək, həm də ilk dəfə olaraq öz milli U-17 yığması ilə iştirakçı qismində çempionata qatılacaq.

FIFA U-17 Qadınlararası Dünya Çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Çempionat üçün 6 stadion ayrılıb. Bunların beşi Bakı şəhərində, biri isə Lənkəran şəhərində yerləşir.

Çempiontın ilk oyunu Lənkəran şəhər mərkəzi stadionunda Fransa və ABŞ milliləri arasında olacaq. Bu qarşılaşmadan sonra Bakıdakı 8-ci km stadionunda KXDR və Qambiya yığmaları üz-üzə gələcəklər. Ardınca Tofiq Bəhramov adına Respublika stadionunda Nigeriya – Kanada oyunu baş tutacaq. U-17 Qadınlararası Dünya Çempionatının açılış mərasimi və nəhayət saat 20:00-da Azərbaycan – Kolumbiya matçı günün son oyunu olacaq.

Dünya Çempionatındakı komandalar aşağıdakı qruplar üzrə mübarizə aparacaqlar:

A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada

B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya

C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya

D qrupu: Uruqvay, Qana, Çin, Almaniya

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir