Modern.az

Deputat qiymət artımına etiraz etdi

Deputat qiymət artımına etiraz etdi

Aktual

21 May 2021, 11:30

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli qiymətlərin son vaxtlar sürətlə artmasına diqqət çəkib.

 

Modern.az xəbər verir ki, deputat birinci amil kimi bazar iqtisadiyyatınin tələb və təklifinin olduğunu deyib:

 

"Əhalinin gəlirləri aşağı səviyyədədir. İkinci səbəb kimi dünyada qiymətlərin artmasını göstərirlər".

 

Əli Məsimli sənaye məhsullarının qiymətinin digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırıb.

 

Deputat süni qiymət artımında bəzi marketlərin istehsal müəssisələrindən əlavə pul aldiqlarını bildirib:

 

"Bu zaman qiymətlər də süni artır. Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərbə vurur".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır