Modern.az

Ağdamda ilk yaşayış binasının təməli qoyuldu - FOTO - YENİLƏNİB

Ağdamda ilk yaşayış binasının təməli qoyuldu - FOTO - YENİLƏNİB

Qarabağ

28 May 2021, 21:13

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.

 

Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

 

Dövlətimizin başçısı binanın təməlini qoydu.

 

***

12:56

 

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır