Modern.az

Bu gün Avro-2020-də II turun üç oyunu keçiriləcək

Bu gün Avro-2020-də II turun üç oyunu keçiriləcək

Aktual

18 İyun 2021, 15:21

Avro-2020-nin qrup mərhələsi davam edir.

Modern.az xəbər verir ki, bu gün 2-ci turun daha üç oyunu keçiriləcək.

E qrupunda  Slovakiya İsveçlə üz-üzə gələcək. İlk matçında Polşaya qalib gələn slovakiyalılar qələbə qazansa, 1/8 finala yüksələcək.

Digər iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşacaq. Çexlər qələbə qazansa, 1/8 finala keçəcəklər.


İngiltərənin bu gün qrupdan çıxmaq şansı var. Bunun üçün onlar Şotlandiyaya qalib gəlməlidir.


Qeyd edək ki, turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.


18 iyun

Avro-2020

2-ci tur

E qrupu

17:00. İsveç - Slovakiya
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu


D qrupu

20:00. Xorvatiya - Çexiya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu



Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır