Modern.az

Prezident zərdablılarla görüşüb

Prezident zərdablılarla görüşüb

Təhsil

8 Oktyabr 2012, 08:58

Azərbaycan prezidenti İlham Əliyev ölkənin mərkəzi regionuna səfəri çərçivəsində oktyabrın 7-də Zərdab rayonuna gedib. Modern.az AzərTAc-a istinadən bildirir ki, ölkə başçısı Zərdabda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, mərkəzinin inşasına 2010-cu ildə başlanılıb. Mərkəzdə görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur.

Prezident daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Ölkə başçısı rayona səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışına da qatılıb.

Prezident Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə də tanış olub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin texniki göstəriciləri barədə məlumat verib. Onun sözlərinə görə, kəmərin tikinti işlərinə cari ilin avqustunda başlanılıb. Kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaq.

Prezident Zərdab su kəmərini işə salandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.


 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı