Modern.az

“Aşıq Şəmşir” Ocağı Abel Məhərrəmovu mükafatlandırdı

“Aşıq Şəmşir” Ocağı Abel Məhərrəmovu mükafatlandırdı

Aktual

9 Oktyabr 2012, 08:43

Ölkəmizin mədəni həyatında fəal iştirak edən, milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliğində mühüm xidmətləri olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ənənələrindən biri də hər il bir nəfər Azərbaycan ziyalısını birliyin Xüsusi Təşəkkürnamə Diplomu ilə təltif etməkdən ibarətdir.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İctimai Birliyin 2012-ci il üçün Xüsusi Təşəkkürnamə Diplomuna Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov layiq görülüb. Birlik adından mükafatı akademik Abel Məhərrəmova “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı təqdim edib. İctimai Birliyin sədri Qənbər Şəmşiroğluna minnətdarlığını bildirən akademik Abel Məhərrəmov belə bir mükafata layiq görülməyindən xüsusi məmnunluq hissi keçirdiyini bildirib, Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayıb.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır