Modern.az

Ermənistan “Hava yollar”ı iflas edir

Ermənistan “Hava yollar”ı iflas edir

Dünya

17 Oktyabr 2012, 18:34

İrəvanın “Zvartnots” beynəlxalq hava limanı Ermənistanın “Armavia” milli aviaşirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib. Modern.az xəbər verir ki, “Zvartnots” hava limanın mətbuat xidməti Kevork Abramyan bildirib ki, aviaşirkətin hava limanına 3,36 milyon dollar borcu var.

  “Armavia”nın hissələrinin böyük hissəsini əlində cəmləşdirən biznesmen Mixail Bağdaşarov sentyabr ayında bildirib ki, aviaşirkət böhran vəziyyətindədir və satışa çıxarılacaq. Həmçinin aviaşirkət işçilərinin maaşını ödəyə bilmir.  

Qeyd edək ki, “Zvartnots” beynəlxalq hava limanı sentyabrın 20-də də Ermənistanın “Armavia” milli aviaşirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib. Amma Müstəqillik Gününün qeyd olunması səbəbi ilə “Zvartnots” “Armavia”nın təyyarələrinin uçuşunu müvəqqəti olaraq bərpa edib.  

Sevinc İltifatqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır