Modern.az

Eldar Namazov oliqarxların təşkilatından danışdı: “Görünür bu qısqanclıq yaradıb”

Eldar Namazov oliqarxların təşkilatından danışdı: “Görünür bu qısqanclıq yaradıb”

Aktual

18 Oktyabr 2012, 13:29


“Bakıda bəzi dövlət məmurları istəyirlər ki, hər şey bir kabinetdən idarə olunsun  və onlardan  xeyir-dua alıb addım ataq. Bu cəmiyyətdir, inkişaf edir, hər bir azərbaycanlının  da fəaliyyətini bir kabinetdən idarə etmək düzgün deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Eldar Namazov Diaspora Komitəsi tərəfindən yeni yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına qarşı tənqdi mövqeyi şərh edərkən bildirib. 

Yeni yaradılmış qurumla bağlı danışan E.Namazov məsələnin şərh etməyin çətin olduğunu deyib.
“Bu şəxslərin nəyə görə, Ümumrusiya Azərbaycanlıları Konqresindən ayrılmaq qərarı verməsinin və yeni bir təşkilat yaratmalarının səbəbini biz bilmirik. Bu prosesin içərisində olmayan adamlar üçün kənardan şərh etmək düzgün deyil. Ola bilər ki,  konqresinin içərisində hər şey  hamar olmayıb,  fəaliyyətdə narazılıqlar  olub və tanınmış adamlar oranı tərk edib yeni bir qurum yaratmağa qərar veriblər” .

Politoloqun sözlərinə görə, yaranan qurum artıq mövcud olan diaspor təşkilatlarının işini kordinasiya etmək üçündür.
“Bu, adından da belə görünür. Nəzərə alsaq ki, Rusiyada çoxlu sayda  Azərbaycan diaspor təşkilatları var. Bunların içərisində ikisinin - Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) və  Rusiyada yaşayan azərbaycanlılarının Mədəni Muxtariyyət Təşkilatının xüsusi çəkisi var. Birinciyə Məmməd Əliyev, İkinciyə Söyün Sadıqov rəhbərlik edir. Ancaq mən onlarla diaspor təşkilatları tanıyıram ki, onlar nə birinci, nə də ikinci təbəqəyə daxildirlər.  Sadəcə olaraq, Rusiyanın hansısa bir şəhərində yaşayan azərbaycanlılar birləşib bir diaspor təşkilatı yaradıblar. Görünür bu qurum yaradılıb ki, oradakı təşkilatların fəaliyyətini tənzimləsin”.

Politoloq qeyd edib ki, Söyün Sadıxovun  da bu təşkilata daxil olması müxtəlif şəhərlərdə fəaliyyət göstərən təşkilatların da yeni təşkilatla  əlaqələndiriliməsini göstərir: “Görünür bu aspekt həm rəsmi Bakıda, həm də rəsmi Bakıya yaxın olan təşkilatlarda, Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK)  bir qısqanclıq yaradıb. Bizdə bir adət hal alıb ki, hər şey gərək bir əldə cəmləşsin. Hesab edirəm ki, bu yanaşma düzgün deyil, nə qədər diaspor təşkilatları çox olsa,  mövqeləri fərqli olsa da, buna təbii yanaşmaq lazımdır. Əsas odur ki, onlar Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərsinlər. Hər şeyi bir kabinetdən idarə etmək prinsipi düzgün deyil. Mən yeni təşkilatdakı adamların siyahısına baxdım, orada hətta hakimiyyətə yaxın və hakimiyyətlə qohumluğu olan adamlar var. Ona görə də rəsmi Bakı tərəfindən bu hadisənin narazılıqla qarşılanması mənə təəcüblü gəldi”.  

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır