Modern.az

Müsavatın Məclisi mühasirə şəraitində keçirilib

Müsavatın Məclisi mühasirə şəraitində keçirilib

Aktual

20 Oktyabr 2012, 14:35

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı olub. Modern.az-a bu haqda məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, partiyanın qərargahı mülki geyimli şəxslər və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

“Qərargahın ətrafında çoxlu polis maşınları və avtomobil dayanıb. Ən qəribəsi də odur ki, polislər hətta döyüş paltarındadırlar. Sanki döyüşə hazırlaşırlar. Amma Müsavat Partiyasının məclisi öz işini davam etdirir. Hələ ki, polislər içəri girməyiblər. Mülki geyimlilər içəri daxil olmağa cəhd etsələr də, bizim gənclər qapının qarşısında  dayanaraq onları buraxmayıblar”, - deyə G. Aslanlı qeyd edib.

  Xatırladaq ki, bu gün saat 15.00-da parlamentin buraxılması tələbi ilə Fəvvarələr meydanına mitinq təyin edilib. Polis bir sıra önləyici tədbirlər görür.

Sevinc İltifatqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır