Modern.az

Cəbhədən xəbər, ATƏT yenə monitorinq keçirəcək

Cəbhədən xəbər, ATƏT yenə monitorinq keçirəcək

22 Oktyabr 2012, 10:17

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Həmçinin qeyd edilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır