Modern.az

Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yaydı

Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yaydı

Aktual

6 Avqust 2021, 17:42

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

 

Bu barədə Müdafiə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.

 

"Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır", - deyə məlumatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir