Modern.az

Riçard Morninqstar Qafqaz Universitetində olub

Riçard Morninqstar Qafqaz Universitetində olub

Aktual

24 Oktyabr 2012, 17:46

Bu gün Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard  Morninqstar ilə görüş  keçirilib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev Modern.az-a bildirib ki, Qafqaz  Universitetindəki görüş zamanı R. Morninqstar universitetdə tələbələr üçün yaradılmış şəraiti, təhsilin keyfiyyəti, həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub, buradakı təhsil imkanlarından razı qaldığını bildirib.

Səfir Amerika ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Nihadə Eyyubova  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır