Modern.az

Rəsul Quliyev, Etibar Məmmədov və Lalə Şövkət Hacıbala Abutalıbovdan cavab gözləyir

Rəsul Quliyev, Etibar Məmmədov və Lalə Şövkət Hacıbala Abutalıbovdan cavab gözləyir

Aktual

29 Oktyabr 2012, 15:41

Müxalifət Hacıbala Abutalıbovu hədələdi: “Məhkəməyə verəcəyik...”

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verməyib. Bu barədə Modern.az saytına Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan məlumat verib.  Partiya sədri bildirib ki, Bakı şəhər icra hakimiyyəti  mitinq keçirməyə icazə verməzsə, məhkəməyə veriləcək.

“Bakı şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətimizə hələ cavab verməyib. Bizə bildiriblər ki, sabah cavab verəcəklər. Biz də bundan sonra müvafiq sözümüzü deyəcəyik. Əgər Bakı şəhər İcra Hakimiyyəti bizə icazə verməsə, birmənalı şəkildə məhkəməyə müraciət edəcəyik. Bundan sonra icazəsiz aksiyanın keçirilib-keçirilməməsi haqda qərar verəcəyik”.

Qeyd edək ki,  14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib. Artıq Bakının 6 mərkəzi meydanından birində mitinq keçirmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısına müraciət edilib. Mitinqin noyabrın 3-dən saat 16-dan 18-ə qədər keçirilməsi nəzərdə tutulub.  DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb.

Anar RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır