Modern.az

Bakıda "NATO günləri" keçirilir

Bakıda "NATO günləri" keçirilir

Aktual

1 Noyabr 2012, 11:38

Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilir. Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku (Rumıniya Hərbi Dəniz Qüvvələri) rəhbərlik edir.

Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar veriləcək və dəyirmi masada müzakirələr aparılacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır