Modern.az

İtaliyada miqrant 5 nəfəri bıçaqladı

İtaliyada miqrant 5 nəfəri bıçaqladı

Dünya

12 Sentyabr 2021, 09:48

İtaliyanın Rimini liman şəhərində Somalidən olan miqrant 5 nəfəri bıçaqla yaralayıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə şənbə günü gecə saatlarında avtobus dayanacağında baş verib.

 

Müfəttişlər miqrantdan bilet tələb etdikdə, o, cavab olaraq bıçağı çıxarıb hər ikisini vurub.

 

“La Repubblica” qəzetinin yazdığına görə, müfəttişlərin ikisi də qadın olub. Daha sonra polisdən qaçarkən uşaqlı qadın da daxil olmaqla daha üç nəfəri yaralayıb. Polis onu saxlamağa müvəffəq olub.

 

İtaliyalı müstəntiqlər miqrantın terror qrupları ilə əlaqəsi olduğu və ekstremist səbəblərdən hərəkət edə biləcəyinə dair heç bir əlamət tapmayıblar.

 

Əslən Somalidən olan 26 yaşlı gənc 2015-ci ildən Avropadadır və İtaliyada qaçqın statusu almaq üçün müraciət edib.

 

Daha əvvəl Danimarka, İsveç, Almaniya və Niderlanda sığınacaq üçün müraciət etdiyi bildirilir. O, bir neçə ay Qırmızı Xaçın himayəsində olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır