Modern.az

Dövlət qulluqçularına sertifikatların verilməsinə başlanıldı

Dövlət qulluqçularına sertifikatların verilməsinə başlanıldı

Aktual

20 Sentyabr 2021, 10:12

Test imtahanından uğurla keçən şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, inzibati rəhbər vəzifələrə aid olan vəzifə qrupları (AB, AC) üzrə dövlət qulluğuna qəbul üçün 2021-ci il sentyabrın 19-da keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 1 oktyabr saat 23.59‑dək //eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

 

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

 

ali təhsil haqqında sənədin surəti;


əmək kitabçasının surəti (olduğu halda);


Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.). Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.

 

Qeyd edək ki, imtahanda AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 11 namizəd uğur qazanıb.

 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır