Modern.az

Daha 3 deputat aclıq aksiyasına başladı

Daha 3 deputat aclıq aksiyasına başladı

Aktual

11 Noyabr 2012, 13:08

Türkiyə siyasi tarixində ilk dəfə millət vəkilləri müddətsiz aclıq aksiyasına başladı. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə iki deputatın başlatdığı aksiyaya daha üç millət vəkili qoşulub. BDP-li deputatlar Türkiyə Böyük Millət Məclisinin iclaslarına da aksiya ilə əlaqədar qatılmayacaqlar. Aclıq elan edən deputatlar üzləşdikləri problemlərin həlli üçün lazım gələrsə ölməyə belə razı olduqlarını bildiriblər. Aksiyaçılar digər həmkarlarını da onlara qoşulmağa səsləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl hazırda Türkiyənin İmralı həbsxanasında cəza çəkən PKK lideri Abdullah Öcalana vəkilləri ilə görüşə icazə verilmədiyi halda  ayağa qalxan kürdlər üzləşdikləri problemlərin həllinə nail olana kimi mübarizələrini davam etdirəcəklərini bildiriblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı