Modern.az

Avstraliyada şəhidlərimizin xatirə guşəsi

Avstraliyada şəhidlərimizin xatirə guşəsi

17 Oktyabr 2021, 17:30

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi məqsədilə aparılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin və 2020-ci il oktyabrın 17-də Gəncəyə düşmənin raket zərbəsi nəticəsində həlak olmuş mülki şəxslərinin xatirəsi Avstraliyanın Kanberra şəhərində anılıb.

 

Modern.az xəbər verir ki, bu məqsədlə Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin binası önündə xatirə guşəsi yaradılıb.

 

Guşədə Gəncə, Bərdə və Tərtər şəhərlərində erməni vəhşiliyinin qurbanı olan dinc sakinlərin, hücum nəticəsində həyatını itirən günahsız uşaqların, habelə raket zərbəsi ilə dağıdılan yaşayış binalarının və mülki obyektlərin fotoları əksini tapıb.

 

Avstraliyada yaşayan həmvətənlərimiz, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzüblər. Şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır