Modern.az

Hərbi qulluqçuların sığortası ilə bağlı qanuna DƏYİŞİKLİK EDİLİR

Hərbi qulluqçuların sığortası ilə bağlı qanuna DƏYİŞİKLİK EDİLİR

Aktual

2 Noyabr 2021, 11:34

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik edilir.


Modern.az
xəbər verir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci iI 18 may tarixli 1340 nömrəli Fərmanının 3.1 -ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.


Layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib. Belə ki, layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövləticbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.


Hərbi qulluqçuların həyat və sağlamlığının təminatı ilə bağlı işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimiqiymətləndirilməlidir. Belə ki, sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəlməsi, bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılmasına şərait yaradacaq, onların rifahının yüksəldiləsində mühüm addım olacaq.


Mövcud layihə qəbul edildiyi təqdirdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi və sığortaolunanların dövlət icbari şəxsi sığortasının təmin olunmasının gücləndirilməsinə xidmət edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı