Modern.az

Prezident səfirləri qəbul etdi

Prezident səfirləri qəbul etdi

Aktual

30 Noyabr 2012, 17:33

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizə təyin olunan bir neçə səfirin etimadnaməsini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 30-da Portuqaliyanın yeni səfiri Jorj Tito de Vaskonselos Kabralın və Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul edib.

Ölkə başçısı həmçinin Seynt Vinsent və Qrenadinin və eləcə də Nigeriya Federativ Respublikasının yeni səfirlərinin etimadnaməsini də qəbul edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır