Modern.az

Soçidə üçtərəfli bəyanatı tamamlayacaq sənədlər İMZALANACAQ

Soçidə üçtərəfli bəyanatı tamamlayacaq sənədlər İMZALANACAQ

23 Noyabr 2021, 17:18

“Bir il əvvəl Ermənistanı İkinci Qarabağ müharibəsindən xilas edən Rusiya oldu. Qərbli “dostları” tərk edəndə Paşinyan Kremlin ayaqlarına qapanaraq yalvarırdı”.

 

 Modern.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

 

“Kremlin razılığı ilə Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Paşinyan özünü yenidən “Qüdrətli Nikol” hiss edəndə fikirləşdi ki, o, Rusiyanın vasitəçiliyilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməyə, öz adi işğalına qayıdıb qərbli ağalarının tapşırıqlarını icra edə bilər. Bununla birlikdə İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə təkcə regionda deyil, ümumilikdə Avrasiyanın bu hissəsində öz nüfuz və təsirlərini gücləndirib.

 

Ötən ilin payızında isə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən Qarabağ münaqişəsi tərəflərinin real barışığında iştirakdan imtina etmiş, nəticədə əvvəlki mövqelərini itirmişdilər. İndiki tapşırıq Qərbi geri qaytarmaqdır. Bu, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərin əsas məqsədidir. Onlar İrəvanın taleyi üçün qətiyyən narahat deyillər. Nikol Paşinyanın dövründə Ermənistan regionda gərginliyi saxlamaqla Qərbin Rusiya, Azərbaycan və Türkiyəyə təzyiq rıçaqı olaraq qalır”.

 

 

 

Arkov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yeni üçtərəfli danışıqlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tamamlayan və genişləndirən sənədlərin imzalanmasını nəzərdə tutur:

“Brüssel görüşü elan ediləndən sonra nəhayət bəlli olur ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə görüşünü təkcə sənədlərlə bağlı fikir ayrılığına görə təxirə salmayıb. Hətta onun qarşısında Moskvanın rolunu neytrallaşdırmaq üçün bu sammiti pozmaq, kollektiv Qərbin roluna önəm vermək vəzifəsini qoyulub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır