Modern.az

Zəlzələ bölgəsində1620 ev istifadəyə verilib

Zəlzələ bölgəsində1620 ev istifadəyə verilib

Təhsil

5 Dekabr 2012, 11:43

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Zaqatala, Balakən və Qax rayonlarında ümumilikdə 3544 fərdi evin tikintisinə başlanıb. İndiyədək yalnız 1620-si vətəndaşların istifadəsinə verilib.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, bu məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi nümayəndəsi Kamran Əliyev zəlzələ bölgəsində yeni tikilmiş evlərin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində bildirib.

FHN-nin nümayəndəsinin sözlərinə görə, tikilən fərdi evlərin 3 mindən çoxu Zaqatala rayonu ərazisindədir.

“Bu evlərdən 1172-də artıq yaşayış vardır. Qax rayonunda isə tikintisinə başlanılan 324 evdən 220-si artıq sakinlərin istifadəsinə verilmişdir. Qış fəslinin gəlməsi ilə əlaqədar tikintisi başa çatmayan digər evlərdə də inşaat işləri yüksək sürətlə davam etdirilir. Bu evlərin dekabr ayı ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Əsas məqsədimiz şaxtalar düşənədək tikintisi aparılan bütün evlərin əhalinin istifadəsinə verilməsini təmin etməkdir”, - deyə nazirlik rəsmisi məlumat verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı