Modern.az

Məşvərət Şurasının yubiley iclası keçirilib

Məşvərət Şurasının yubiley iclası keçirilib

Aktual

5 Dekabr 2012, 12:55

Bu gün MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclası öz işinə başlayıb. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib.

Toplantıda XXIV Məşvərət Şurasında qəbul edilmiş qərarların icra vəziyyəti, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir iştirakçıları əmək normaları, iş şəraiti, iş rejimi, iş saatları, peşə standartları və peşələrin qarşlıqlı tanınması, həmçinin əmək, miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Yekunda Məşvərət Şurasının XXVI iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyi müəyyənləşdirilib.

Şahanə Rəhimli  
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır