Modern.az

Balakəndə bir gündə 4 dəfə zəlzələ oldu

Balakəndə bir gündə 4 dəfə zəlzələ oldu

5 Dekabr 2012, 17:52

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu gün Azərbaycanın şimal-qərb bölgəsində yenidən zəlzələ olub. Yeraltı təkan Balakən rayonunda ardıcıl olaraq iki dəfə qeydə alınıb.  Birinci təkan yerli vaxtla saat 15:49:14-da Zaqataladan 31km qərbdə, Balakən- Gürcüstan sərhəddində baş verib. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.Tikililərdə dağıntı yoxdur.

İlkin məlumatlara əsasən, ikinci zəlzələ yerli vaxtla saat 17:13:00-da Zaqataladan 29km qərbdə, Balakən- Gürcüstan sərhəddində qeydə alınıb. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Növbəti təkanlar isə yerli vaxtla  saat 7:42:23-də və 17:49:15-də Zaqataladan 27 km qərbdə, Balakən- Gürcüstan sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ Balakəndən ərazisində 2 bala qədər hiss olunub.Tikililərdə dağıntı yoxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü