Modern.az

Mursinin məsləhətçiləri istefa verdi

Mursinin məsləhətçiləri istefa verdi

Dünya

6 Dekabr 2012, 12:24

Misir prezidenti Mursinin məsləhət komandasından üç nəfər istefa verib. Modern.az Əl-Ərəbiyyə telekanalına istinadən bildirir ki, istefa verməklərinin səbəbini isə prezidentin səlahiyyətlərini  artıran qərarların verilməsindən sonra alovlanan böhran olaraq göstəriblər.

Seyd Əbdül Fəttah,Ayman Əs-Səyyad  və Əmr Əl-Leysi öz istefalarını təqdim ediblər.
Beləliklə də, prezidentin heyətindən istefa verənlərin sayı 6-a çatıb. Bundan əvvəl istefa verənlər arasında  bir xristian və  qadın da var.

Reutersə danışan Əl-Leysi 22 noyabr fərmanından sonra istefasını təqdim etdiyini bildirib.

O deyib “Mən bu gün  prezidenti  verdiyi konstitusiya  fərmanını ləğv etməyə və konstitusiya ilə bağlı  referendumu təxirə salmağa , bütün siyasi qüvvələrlə birlikdə uzlaşma konstitusiyası yaratmaq üçün  təcili milli dilaoq açmağa çağırıram.”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır