Modern.az

Azərbaycanın dövlət agentliyi erməni filminə görə “Oskar” Komitəsinə müraciət edəcək

Azərbaycanın dövlət agentliyi erməni filminə görə “Oskar” Komitəsinə müraciət edəcək

Aktual

13 Dekabr 2012, 16:15

“Əgər hamı...” erməni filmi mənim hekayəm əsasında çəkilib” - yazıçı Elçin Hüseynbəyli

  ““Əgər hamı...” filmi Qarabağ mövzusundadır, yeni filmdir və Dağlıq Qarabağla bağlıdır. Filmin ideya və süjeti mənim “Gözümə gün düşür “ hekayəmdən götürülüb”. Bu sözləri Modern.az-a açıqlamasında yazıçı, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli deyib.  

“Buna görə də Müəllif Hüquqları Agentliyinə müraciət etdim. Öz sənədlərimi və əsaslarımı onlara təqdim etdim ki, bu əsər nə zaman yazılıb və birinci harada çap olunub. Bu gün Amerikadan bir kitab gətirdilər. Bu hekayəm həmin kitabda da nəşr olunub. Əsər vaxtilə rus dilində “Drujba narodov“ jurnalında (Rusiya) və rus dilindəki ədəbiyyat saytlarında çap edilib. Müəllif Hüquqları Agentliyinə müraciət etdim ki, həmin filmin ssenarisinin orijinalını şübhə altına alsınlar. Və belə bir müraciəti “Oskar” Komitəsinə etsinlər. Hekayə rəsmi qeydiyyatdan keçdi və şəhadətnaməsi verildi. Onlar dedilər ki, “hüquqi forma axtarırıq, optimal variant tapaq ki, ora müraciət edək, çünki bu hekayədir, o birisi isə ssenaridir”. Ssenarisi əlimizdə yoxdur. Mənim işlərim çox olduğuna görə, bu məsələnin dalınca düşə bilmirəm. Öhdəmə düşəni etmişəm, bəlkə də Müəllif Hüquqları Agentliyi hesab edir ki, “Oskar” Komitəsinə müraciət etməyə ehtiyac yoxdur, ekspertlərin hansı qənaətə gəlib-gəlmədiyini deyə bilmərəm“, – -deyə E.Hüseynbəyli qeyd edib 

Şahanə Rəhimli  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı