Bakı Metropolitenində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda tikilməkdə olan, ümumi sahəsi 800 kv.m olan yeni metropoliten binasında fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01.36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az