Modern.az

Yaralı yerimiz Qarabağ

Yaralı yerimiz Qarabağ

Dünya

3 Dekabr 2012, 12:55

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Hər gün işlətdiyimiz bir ifadə var “Yaralı yerimiz Qarabağ”. Mən nə Qarabağ müharibəsinin şahidiyəm nə də ondan zərər çəkən. Amma mən bir Azərbaycan vətəndaşıyam. Müəllimimdən öyrəndiyim “hər şeydən əvvəl yaxşı vətəndaş olmalısan” fikri hər zaman düşündürür məni. Gəncəmsə gələcəyi dəyişə bilərəm bu mənim və mənim kimi minlərlə gəncin əlindədir. Torpağın 20%-i formal olaraq Ermənistanın əlindədir (Rusiyanın və bir çox hegemonların siyasəti nəticəsində). Bəlkə də qeyri-ciddi görünəcək, amma mən o müharibədə iştirak etmək istərdim 20%-i bizdən necə aldıqlarını və yaxud onun neçə faizinin dırnaqarası hökumət tərəfindən satıldığını görmək istərdim.

İndi nə müharibə var (amma atəşkəs hər gün pozulur, kasıb uşaqlarıda şəhid olur), nə də bu müharibənin həllinə çalışanlar. Biz kiçik dövlətik və biz çox dövlətlərin maraq mərkəziyik. Onlar həllini istəmədikcə həll olunmayacaq sadəcə güclü gündəm yaradan bir mövzudur Qarabağ.

Gələk gənclərə. Bəzi hətta bir çox vətəndaşlığın nə olduğunu bilən gənclər Qarabağ probleminin həlli yollarını axtarırlar, torpağından didərgin düşənlərdən belə çox. Mən nə edərdim? Əvvəlcə insan bu sualı özünə verməlidir. Mən heç nəyə yaramayan ATƏT-in Minsk qrupunu ləğv edərdim. Xarici ölkələrdə diasporaların işini gücləndirərdim(xairicilərə ziyafət təşkil ütmək əvəzinəd onları problmlə tanış etsələr əla olar). Güclü Azərbaycan lobbisi yaradardım. Mediada, sosial mediada hər şeyi işığlandırardım.

Rüfanə Günəş  

BDU Jurnalistika fakultəsi 3-cü kurs.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır