Modern.az

Fərəc Quliyev Polşa seymində çıxış edib

Fərəc Quliyev Polşa seymində çıxış edib

Aktual

1 Fevral 2013, 19:09

Azərbaycan nümayəndə heyəti tərkibində Polşada səfərdə olan Avronest PA-nın üzvü, millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün Polşa seymində keçirilən görüşdə çıxış edib.

Səfər proqramına əsasən Fərəc Quliyev fevral ayının ilk günündə Polşanın ali təhsil və elm naziri Barbara Kudritska ilə, Polşa Seyminin spikeri, enerji, xarici işlər, iqtisadiyyat və maliyyə nazirləri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri, Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti ilə görüşlər keçirəcək, fevralın 2-də isə nümayəndə heyəti ilə birgə Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcək. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüş də gözlənilir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Millət vəkili Fərəc Quliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov daxildir.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır