Modern.az

Tağı Əhmədov: "Gülər Əhmədovanın nənəsi ermənidir”

Tağı Əhmədov: "Gülər Əhmədovanın nənəsi ermənidir”

Aktual

12 Fevral 2013, 23:52

“Gülər Əhmədovanın nənəsi erməni olub, biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq”. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “press24.az” saytına müsahibəsində söyləyib.

Tağı Əhmədov deyib ki, Gülər Əhmədova hansısa fırıldaqçıdan 1 milyon pul qoparıb, gedib özünə ev alıb və elə indinin özündə də həmin evdə yaşayır: “Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra başçısı ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”.

Tağı Əhmədov Əkrəm Əylislinin “Daş yuxular” romanına da toxunub və hər bir azərbaycanlı kimi bu əsərin yazılmasına təəssüfləndiyini bildirib: “Əkrəmlə uzun illərdir ki, tanışam. Yaxşı yadımdadır, hələ 1988-ci ildə azərbaycanlılarla ermənilər arasında məlum münaqişələr başlayanda Ziya Bünyadov qəzetə açıqlama vermişdi ki, ermənilərin yeganə fikri Qarabağı almaqdır. 1989-cu ildə hadisələr ermənilərin xeyrinə cərəyan etməyə başlayanda Əkrəm Əylisli söylədi ki, erməni təbliğatı bizimkindən güclüdür, onlar bu məsələdə bizdən daha fəaldırlar və mən o millətin oğlu olsaydım, bununla fəxr edərdim. Həmin söhbətdən illər keçdi. Elə bir zaman gəlib yetişdi ki, Azərbaycan bütün sahələrdə Ermənistanı geridə qoydu. Əkrəm Əylislinin belə bir məqamda çıxıb Naxçıvanın Ermənistana məxsus olmasını söyləməsi onun naqisliyini üzə çıxartdı. Əkrəm özü deyir ki, o, anasını körpə olanda itirib və başqa uşaqların südünə şərik çıxıb. Görünür, həmin vaxt Əkrəm Əylisli erməni südü əmib. O, minlərlə şəhidimizin ruhuna hörmətsizlik edib. Axı harda görünüb ki, erməni azərbaycanlıdan mərhəmətli olsun. Həmvətənlərimizə olmazın zülmlər verən, insanları diri-diri torpağa basdıran, uşaqları boruya doldurub qaynaqlayan erməni deyil, bəs kimdir? Bütün bunlar faktdır. Əkrəm kimə nəyi sübut etmək istəyir?! Görün, bu insan nə qədər həyasızlaşıb ki, deyir mənə “Şöhrət” və “İstiqlal” ordenlərini Heydər Əliyev verib, o da dünyasını dəyişdiyi üçün onları kimsə məndən ala bilməz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir