Modern.az

Ukraynada Xocalı qurbanları anılıb- FOTO

Ukraynada Xocalı qurbanları anılıb- FOTO

Aktual

25 Fevral 2013, 13:21

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Xocalı soyqrımının 21-ci ildönümü ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib.  «Xocalı faciəsi 20-ci əsrin ən amansız soyqrm aktıdır» devizilə Dnepropetrovsk vilayətinin Gənclər Mərkəzində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının nümayəndələri mətbuat konfransı keçirərək jurnalistlərə ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri misligörünməmiş vəhşliklər haqqında ətraflı məlumat veriblər.

Təşkilatdan  verilən məlumata görə, yerli televiziyada yayımlanan mətbuat konfransında dünya birliyini və beynəlxalq təşkilatları Xocalı soyqrımına hüquqi siyasi qiymət verməyə səsləyən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri insanlığa yönəlik bəşəri cinayət kimi səciyyələndirib.Mətbuat konfransından sonra Dnepropetrovsk şəhərindəki Gənclər Mərkəzində Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, təşkilatın sədr müavini Zöhrab Cəfərov və digər çıxış edənlər ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirdə Azərbaycanın bütün sahələrlə yanaşı hərbi qüdrətinində durmadan artdığını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışına əsasən dünya azərbaycanlılarının istənilən zaman silaha sarılaraq torpaqlarımızı erməni işğalından azad etməyə hazır olduqlarını bildirib.

Sonra tədbirə qatılanlar “Sözün bitdiyi zaman” filminə baxmaqla özlərini beynəlxalq arenaya məzlum xalq kimi təqdim edən erməni hiyləgərliyinin əsl mahiyyəti ilə tanış olublar.

Anım mərasimində Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır