Modern.az

“Azərsu”da Xocalı şəhidləri yad edilib - FOTO

“Azərsu”da Xocalı şəhidləri yad edilib - FOTO

Aktual

25 Fevral 2013, 17:58

Fevralın 25-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirili. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədrinin müavini Mirkamil Seyidov Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsinin bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşdüyünü qeyd edib.

M. Seyidov faciənin tarixinə nəzər salaraq bildirib ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı  Xocalı şəhərinə hücum etmiş, bəşəriyyətin ən böyük faciələrindən birini- Xocalı faciəsinin törətib. Bu hərbi təcavüz zamanı  Xocalı şəhəri yerlə yeksan edilib, dinc sakinlərə  amansızcasına divan tutulubdur. Hərbi təcavüz nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib.

Tarix elmlər namizədi, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli geniş çıxış edərək bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş irimiqyaslı cinayət idi. O vaxtlar Zaqafqaziya hərbi əks-kəşfiyyat bölməsinin rəisi işləmiş Vladimir Sovolyov xatirələrində həmin hadisələr zamanı dinc sakinlərə qarşı xüsusi amansızlıq göstərildiyini, hətta qadınlara, uşaqlara və  qocalara rəhm edilmədiyini etiraf edib.

Tarixçi-alim qətliamın Sovet ordusunun 366-cı motoatıcı alayı ilə yanaşı, xaricdən cəlb olunmuş xüsusi təyinatlı terrorçu qruplaşmaların iştirakı ilə törədildiyini diqqətə çatdırıb.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov faciə ilə bağlı konkret faktlara toxunaraq soyqırım qurbanlarının fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiib.


 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır