Modern.az

Lənkəran İcra Hakimiyyəti: “Müsavat sədrinin müşaviri təxribata cəhd göstərib” - AÇIQLAMA

Lənkəran İcra Hakimiyyəti: “Müsavat sədrinin müşaviri təxribata cəhd göstərib” - AÇIQLAMA

Aktual

27 Fevral 2013, 10:57

Bəzi KIV-lər dünən Lənkəranda dindarların Xocalı abidəsinin qarşısında keçirmək istədiyi tədbirə Lənkəran şəhər icra başçısının müdaxilə etdiyi barədə məlumat yayıb.
Lənkəran şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı Modern.az açıqlama verilib. İcra Hakimiyyətindən bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəran şəhərində  böyük ehtiramla yad edilib. Faciənin 21 illiyi ilə əlaqədar şəhərdə soyqırımı qurbanlarının xatirəsinə yaradılmış parkda ümumrayon anım mərasimi keçirilib.

Lənkəran ŞİH Başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rəsmi şəxslər, KİV nümayəndələri və sakinlər mərasimdə tarixin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramını nümayiş etdiriblər. İcra başçısı parkdakı “Ana” abidəsi önünə əklil qoyub. Gün ərzində abidə şəhər sakinləri, kənd və qəsəbələrdən gələn vətəndaşlar, din xadimləri, idmançılar  və ayrı-ayrı qonaqlar tərəfindən ziyarət olunub.

Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki,Müsavat partiyası sədrinin müşaviri Yadigar Sadıqov qərəz nümayiş etdirərək müxtəlif KİV-lərə Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün “Ana” abidəsini ziyarətə gəlmiş insanların polis tərəfindən saxlanıldığı, onlara qarşı qadağalar tətbiq olunduğu barədə əsassız məlumatlar yaymaqla növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

“Ən əvvəl Yadigar Sadıqovdan soruşmaq lazımdır ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün minlərlə lənkəranlı “Ana” abidəsi önünə toplaşdığı zaman o və onun “məzlum” dindar adlandırdığı bir qrup şəxs şəhərdə qapıları gecə-gündüz açıq olan məscidlərə deyil, restorana niyə gedirdilər? Əgər restoran sahibi soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərərək həmin dindarlara  məscidə getməyi  məsləhət bilirsə, bunda  dövlət  orqanlarının nə günahı var? Digər tərəfdən  Yadigar Sadıqov Lənkəranda Xocalı qatillərinin lənətlənməsinə yasaq qoyulduğunu iddia edirsə, onda özünün şəxsən çəkdiyi və internetdə yaydığı şəkillərdə həmin dindarların “Ana” abidəsi önündə heç bir maneəyə rast gəlmədən, sərbəst şəkildə toplaşaraq “Əllahüəkbər” dedikləri görüntülər nəyi əks etdirir? Əlbəttə həqiqəti. Yəni, Xocalı qətliamını törədən vəhşi ermənilər və onların havadarları Lənkəranda həmişə lənətlənir. Amma Yadigar Sadıqov bu həqitəti ya dərk etmir, ya da görmək istəmir. Yəqin, bu da onun düşüncə tərzindəki problemlə bağlıdır”-deyə Lənkəran şəhər İcra Hakimiyyəti bəyan edib.







Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır