Modern.az

Əli Hüseynli: “Həbsdə saxlanılanlarla bağlı Milli Ekspert Qrupu yaradılacaq”

Əli Hüseynli: “Həbsdə saxlanılanlarla bağlı Milli Ekspert Qrupu yaradılacaq”

Aktual

28 Fevral 2013, 11:45



Fevralın 28-də ATƏT-in Bakı Ofisi və Avropa Şurasının təşkilatçılığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq çərçivəsində Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi ilə “Tutulma və həbsə dair beynəlxalq standartlar, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununun tətbiqi və pis rəftara qarşı mübarizə” mövzusunda təlimçilər üçün təlim başlayıb. Təlimin birinci günündə açılış nitqi ilə Azərbaycan Hüquqşunasları Konfederasiyası İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edib. O, tədbirin təşkilinə verdiyi dəstəyə görə ATƏT və Avropa Şurasının yerli ofislərinə, həmçinin Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatına təşəkkürünü bildirib. Əli Hüseynli qeyd edib ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Milli Ekspert Qrupu yaradılacaq. Milli Ekspert Qrupu isə qanunu tətbiq edəcək orqanların əməkdaşlarından ibarət olacaqdır. Əli Hüseynli əlavə edib ki, Azərbaycan dövləti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun qəbulu və tətbiqi ilə bağlı ciddi iradə nümayiş etdirir.

ATƏT-in Bakı Ofisinin səfir müavini xanım Monika Martinez isə təmsil olundğu qurumun “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun həm hazırlanmasına, həm də onun icrasına kömək etməyə çalışdıqlarını bildirib. “Eyni zamanda qeyd etməliyəm ki, ATƏT-in Bakı Ofisi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları üçün də təlimlər keçirik. Biz bu təlimləri gələcəkdə də davam etdirəcəyik” – deyə, xanım Monica Martinez əlavə edib.

Avropa Şurasının Azərbaycan Nümayəndəliyinin səfir müavini Teymur Məlikaslanov çıxışında təlimin vacibliyini vurğulayıb. O, təlimin təşkilinə görə AHK-ya təşəkkür edib: “Gələcəkdə də bu cür tədbirlərə dəstək verəcəyik”.

AHK-nın İdarə Heyətinin üzvü, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə təlimçilər üçün təlimin əhəmiyyətindən danışıb.

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin Təlim Mərkəzinin, Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Respublika Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq İdarəsinin, Respublika Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, DİN-in Polis Akademiyasının, Ombudsman Aparatının və “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin əməkdaşlarının iştirak etdiyi təlimin iş sessiyaları başlayıb.

İş sessiyalarının ekspertləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Hökumətinin Agenti və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi sektorunun müdiri Çingiz Əsgərov, Avropa Şurasının məsləhətçisi Vitaliy Kasko, ATƏT-in eksperti Trevor Service olub.

Müzakirələrlə davam edən təlim martın 1-də başa çatacaq.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır