Modern.az

Bakıda QHT-lərin beynəlxalq təşkilatlarla birgə forum keçiriləcək

Bakıda QHT-lərin beynəlxalq təşkilatlarla birgə forum keçiriləcək

Aktual

28 Fevral 2013, 16:06

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirib ki, Alyans martın 11-də Bakıda “Park İnn” oteldə “ Beynəlxalq təşilatlarla yerli QHT-lərin əlaqələrinin gücləndirilməsi” mövzusunda forum keçirəcək.

Forumda beynəlxalq təşkilatlar və səfirliklər, ölkədə fəaliyyət göstərən çoxsaylı QHT-lər, millət vəkilləri, media və yeni media rəhbərləri,  ekspertlər və digər qonaqlar  iştirak edəcək.

Rufiz Qonaqov vurğulayıb ki, beynəlxalq təşkilatlarla bütün Azərbaycan QHT- lərinin əlaqələri və əməkdaşlığı gücləndirilməlidir.

“Bu baxımdan belə bir forumun keçrilməsinə zərurət var. Biz bu forumda çalısacağıq ki, xarici aləmlə işləyən və əməkdaşlıq edən bütün QHT- lər öz təklif və fikirlərini açıq- aydın şəkildə bildirsinlər və ümumi fikirə gələ bilək. Düşünürük ki, Azəbaycanının ümumi problemləri ilə bağlı və elecə də ölkəmizdə baş verən yeniliklərlə bağlı vətəndaş cəmiyyeti üzvü olaraq biz vahid movqedən çıxış etməliyik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir